Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3409
az

Gəncə İcra Hakimiyyəti Elmar Vəliyevlə bağlı çağırış etdi

12:1605 İyul, 2018
1051
SİYASƏT
  • A
 Mediadan, Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar.

Oxu24.com  xəbər verir ki, bu sözlər Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevir İES-də baş verən qəzanı bir-birilə əlaqələndirilməsi ilə bağlı yayılan bəyanatda əksini tapıb.

Qurum açıqlamada insanları bu məsələlərlə bağlı rəsmi olmayan heç bir məlumata inanmamağa çağırıb:

"Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı həyata keçirilən silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışır. Həmçinin dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirirlər.

Özlərini müstəqil sayan bir sıra xəbər saytları bu eyforik əhval-ruhiyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş verən hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərirlər.

Bu səbəbdən Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ