Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
324
az

İşsiz şəxslərə şad xəbər - Dövlət pul verəcək

15:4806 Aprel, 2018
4169
SİYASƏT
  • A
 Azərbaycanda özünüməşğulluğa (əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi) dövlət dəstəyi təşkil olunur və bunun şərtləri müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, bu, yenidən hazırlanmış "Məşğulluq haqqında" qanun layihəsinin 24-cü (Özünüməşğulluğa kömək göstərilməsi) maddəsində əks olunub.

Maddəyə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi nəzərdə tutulur. Kənd təsərrüfatın yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də müvafiq icra hakimiyyətin orqanı tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilirlər. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcək. Maddədə qeyd olunur ki. işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi artıq Milli Məclisə daxil olub Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO