Qaynar xətt:

(+99450) 247 90 86

Türk ekspert: Ərdoğan ilk səfərini Bakıya edəcək

SİYASƏT

1475

25.06.2018, 14:46

\"\" Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti İlham Əliyev olub. Prezidentlər iki ölkə və onların liderləri arasında qardaşlıq münasibətlərinin nə dərəcədə möhkəm olduğunu göstərirlər. Bu sözləri Oxu.Az-a açıqlamasında türkiyəli politoloq, “Strategic Outlook” şirkətinin eksperti Mehmet Emin Erendor deyib. O bildirib ki, Ərdoğanın inauqurasiyadan sonra ilk səfərini Azərbaycana edəcəyi istisna deyil. Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səs toplayaraq, prezident seçkilərində qələbə qazanıb. Onun əsas rəqibi İncə 30,7%, Demirtaş 8,3%, Akşener 7,4%, Karamollaoğlu 0,9%, Perinçek isə 0,2% səs toplayıb. Ekspertin sözlərinə görə, Ərdoğan müxalifətin zəifliklərindən istifadə edib və özünü ən yaxşı tərəfdən göstərdib. “Prezidentin səlahiyyətləri artırılacaq, nazirliklərin sayı azaldılacaq, parlamentdəki deputatların sayı isə 550-dən 600-ə çatdırılacaq. Kürd partiyası parlamentə daxil oldu, “Yaxşı” partiyası da hökumətdə təmsil olunacaq. Burada əsas məsələ güclü prezidentin yanında parlamentin nə qədər güclü olacağıdır”, - Erendor qeyd edib.