Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30996
az

Ramiz Mehdiyev açıqlama verdi

17:5012 May, 2020
689
SİYASƏT
  • A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu gün postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə əlaqədar olaraq rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlama verib.

Oxu24.com  Akademiyanın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Ramiz Mehdiyev AMEA-nın müvafiq elmi müəssisələrinin fəaliyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə uyğun olaraq yenidən qurulmalı olduğunu bildirib.

Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, koronavirusla əlaqədar tədqiqatlara, xüsusən insanların immun sisteminin möhkəmləndirilməsi üçün bu ixtisas üzrə alim və mütəxəssislərin tədqiqatlar aparmasına əlavə imkanlar yaradılmalı, Fəlsəfə və İqtisadiyyat institutlarında pandemiya dövrünün yaratdığı sosial-psixoloji və iqtisadi problemlər dərindən öyrənilməli, postpandemiya dövrü ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunmalıdır.

Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırılıb ki, bir ay müddətində dünyada iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı elmi fəaliyyət planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunmalıdır.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Prezident sərəncam İMZALADI
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı