Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2948
az

Rusiya heç bir xəbərdarlıq etmədən sərhədə raketlər, atom sualtı gəmiləri topladı –

18:3615 İyun, 2018
1828
SİYASƏT
  • A
 Rusiyanın NATO-ya əzələ nümayiş etdirmək üçün elan edilməyən təlimlər keçirməsi növbəti dəfə narahatlığa səbəb olub.
Rusiya təlimləri Norveç sərhədi yaxınlığında keçirir, amma bununla bağlı Norveç hakimiyyətinə heç bir xəbərdarlıq etməyib.

İyunun 13-də Rusiyanın Şimal donanmasının gəmiləri hərbi təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçulara döyüş təlimləri zamanı ciddi şəkildə təhlükəsizlik qaydalarına riayət etmələri göstərişi verilib.

Gununsesi.info-nun “The Independent Barents Observer” nəşrinə istinadən xəbərinə görə, Barens dənizi ətrafındakı rayonlar sərnişin gəmiləri və təyyarələri üçün bağlanıb.

Məlumata görə, Rusiyanın 36 hərbi gəmisi Barens dənizinə yerləşdirilib. Bundan başqa səmaya 20 döyüş təyyarəsinin qalxacağı gözlənilir.

Kolski yarımadasının sahili boyunca artilleriya, raket qurğuları daxil olmaqla 150-dən çox hərbi texnikanın yerləşdiriləcəyi gözlənilir. Rusiyanın təlimləri növbəti həftəyə qədər davam edəcək.

“Rusiya tərəfindən bir neçə ildir ki, donanma səviyyəsində yüksək fəallıq müşahidə olunur” – bunu Norveç komandanlığının Operativ Qərargahının nümayəndəsi, general-leytenant İvar Muen deyib.

Onun sözlərinə görə, Rusiya bu təlimlərlə bağlı Norveçə heç bir xəbərdarlıq etməyib.

Məlumatlara görə, atom sualtı gəmiləri də təlimlərdə iştirak edir. Amma onun hansı sinfə mənsub olduğu haqda məlumat verilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər