Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2524
az

İrəvanı qorxuya salan sürpriz: Əliyev ABŞ-a gedir

12:4402 İyun, 2018
2958
SİYASƏT
  • A
 Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır olmalıdır.
Bu barədə 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri olmuş David Şahnazaryan deyib. O qeyd edib ki, Azərbaycan əhəmiyyətli diplomatik fəallıq göstərir:
"Xarici İşlər naziri Məmmədyarov Vaşinqton, Berlin, Brüssel, Paris kimi siyasi mərkəzlərə ardarda səfərlər edir. Bununla yanaşı, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Prezident İlham Əliyevin tezliklə Vaşinqtona səfəri gözlənilir və bu səfər çərçivəsində Qarabağla bağlı mühüm danışıqlar ola bilər”.
Erməni diplomat hesab edir ki, Bakı münaqişənin həlli üçün tələsir və bu istiqamətdə real diplomatik addımlar atır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın son günlər Azərbaycan prezidenti İlham Əliyevə üç məktub ünvanlaması, bu məktubların birində "qarşıdakı aylarda Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar yaranacaq” ifadəsini xüsusilə işlətməsi Ermənistanda narahatlığa səbəb olub. Çünki Serj Sərkisyan dövründə Ermənistanın əsas dayaq nöqtəsi Rusiya hesab olunurdu, lakin Paşinyan dövründə Moskva İrəvanın "göz yaşlarına inanmır”. Bununla yanaşı, İrəvanın söykənmək istədiyi Vaşinqton Bakı istiqamətində körpünü tikir. Dəqiq informasiya olmasa da, bu proseslər fonunda Azərbaycan prezidentinin Vaşinqtona səfər edəcəyi gözləniləndir. Və bu, Trampın da dediyi kimi, Qarabağ münaqişəsinin həllində mühüm ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər