Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23998
az

Azərbaycan hüquq-mühafizə orqanlarını ləkələmək  üçün Nərminlə bağlı səs yazısı o ölkədən yayılıb +ŞOK  DETALLAR

15:4205 Fevral, 2020
3050
  • A

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da yayılan səs yazısının sahibi məlum olub. 

Oxu24.com   xəbər  verir   ki, Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, bu şəxs Almaniyada mühacir həyatı yaşayan Qabil Məmmədovdur. Almaniyada yaşayan blogger Həbib Müntəzir də səs yazısının Qabil Məmmədova məxsus olduğunu bildirib. “Nərminin ölümü ilə bağlı yayılan "ŞOK" səs yazısı mühacirətdə olan, dezinformator Qabil Məmmədova məxsusdur. Adam iqtidara müxaliflik adı ilə nə qədər yalanlar, böhtanlar danışır, hamıya məlumdur. İqtidarı nadürüstlükdə ittiham edib, özümüz də nadürüst olduqsa, heç nə. Ona görə o səs yazısına etibar etmək olmaz”, - deyə blogger bildirib.

 

Səs yazısında Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edilib.

İddia edilir ki, Nərmin Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.

Bildirilir ki, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:

“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.

 

Qeyd  edək ki, Nərminin  qətli  ilə  bağlı  bir sıra səhifələrdə  ziddiyətli  məlumatlar  yayılır.  Burada  məqsəd   müəyyən  qüvvələrin  gərginlik  yaradıb,  hüquq-mühafizə orqanlarının  işinə  kölgə  salmaq   və   cəmiyyətdə  çaşqınlıq  yaratmaqdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı