Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2372
az

ABŞ-dan ŞOK xəbərdarlıq: GƏNCƏNİ QORUYUN

23:3029 May, 2018
7282
SİYASƏT
  • A
Paşinyanın Rusiyaya verdiyi vədlər böyük narahatlıq doğurub
Rusiya Qərbin Gəncə dəhlizindən istifadəsinə mane olmaq üçün hər şeyə gedə bilər.
Oxu24.com  İstiPress-ə istinadən məlumatına görə, bu barədə ABŞ-da çap olunan “Foreign Policy” jurnalında dərc olunmuş “Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” sərlövhəli məqalə bildirilir.

Məqalədə bildirilir ki, Rusiyanın Cənubi  Qafqaza təsir vasitələrindən biri dondurulmuş münaqişələr vasitəsi ilədir və Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur:

“Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üstündə münaqişə 1988-ci ildə başladı. Onda Ermənistan Azərbaycanın daxilində yerləşən, əsasən etnik ermənilərdən ibarət regiona iddia etməyə başladı. Bu, tezliklə qanlı müharibəyə çevrildi, 30 minə yaxın adam öldü, yüzminlərlə insan məcburi köçkünə çevrildi. 1992-ci ildə Ermənistanın Silahlı Qüvvələri və Ermənistan tərəfindən dəstəklənən silahlılar beynəlxalq birlik tərəfindən Azərbaycanın 20%-i kimi tanınan əraziləri işğal etdilər  ki, bura Dağlıq Qarabağ, həmçinin tam və ya qismən 7 başqa əyalət daxildir”,- deyə məqalədə bildirilir.

Bir faktı qeyd etmək lazımdır ki, “Foreign Policy” jurnalı Karneqi Fondu tərəfindən yaradılıb və Fondun ABŞ hakimiyyətinə təsiri böyükdür. Bu jür nüfuzlu jurnalda açıq şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və işğalın Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilməsinin vurğulanması Qərbin münaqişəyə münasibətinin getdikcə durulmasını ortaya çıxarır. 
Gəncə dəhlizindən keçən neft və qaz kəmərləri

Azərbaycanın, xüsusilə Gəncə dəhlizinin Qərb üçün önəmindən danışılan məqalədə buradan keçən Bakı – Tiflis – Qars  dəmir yolu, Cənub Qaz Dəhlizi, neft və boru kəmərləri, magistral avtomobil yolu üçün problemlər yarana biləcəyi vurğulanır. Əsas arqument kimi onların Dağlıq-Qarabağ münaqişəsi zonasına, qoşunların təmas xəttinə yaxın yerləşdirilməsi göstərilir:

“Moskva bilir ki, istənilən iri zorakılıq təzahürü bu boru kəmərlərinin fəaliyyətinə təhlükə yaradacaq. Rusiyanın Ermənistana  təsir gücü nəzərə alınarsa, yeni döşlərin başlaması elə də çox vaxt aparmayacaq”.

Məqalədə o da vurğulanır ki, hakimiyyətin dəyişməsinə baxmayaraq Ermənistanın iqtisadiyyatı və təhlükəsizlik məsələləri  Rusiyanın təsiri altında qalır:

 “Populist ritorikasına baxmayaraq Paşinyan İrəvanın Moskva ilə möhkəm ittifaqda olduğunu təsdiq etdi”.

Ola bilər ki, Paşinyan Soçidə Rusiya lideri Vladimir Putinə hansı vədlər verib və qərb artıq bundan xəbərdardır. Təsadüfi deyil ki, Karneqi Fondunun analitiki Tomas de Vaal da Paşiyanın son bəyanatlarından sonra qərb ölkələrini Azərbaycanın müharibə  hüququnu dəstəkləməyə çağırıb.

“Foreign Policy” jurnalında çap olunmuş bu məqalədə də eyni fikir vurğulanır:

“Qərb istənilən halda dəstəyini Ermənistana yox, Azərbaycana verməlidir”.

Günün təklif olunan videosu:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxardı
Uşakov:

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO