Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2337
az

Putin-Əliyev-Paşinyan görüşü hazırlanır – Rusiyalı politoloq

12:0329 May, 2018
970
SİYASƏT
  • A
 Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına nail olmağa çalışacaq.
Oxu24.com buildirir ki, bunu virtualaz.org-a müsahibəsində rusiyalı politoloq Maksim Mayorov bildirib.
“Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistan-Azərbaycan münaqişəsində tərəf kimi tanınmasının lehinə çıxışlarını davam etdirəcək, belə ki, bu, onun həm Ermənistanın daxilində, həm də dünya miqyasında mövqelərinə və siyasi perspektivlərinə təsir göstərə bilər”, – bunu vurğulayan ekspert əlavə edib ki, Paşinyan uzun müddət erməni dövlətinin başında qalacaq.
M.Mayorovun fikrincə, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində irəliləyişlər gözləməyə dəyməz.
“Düşünürəm ki, hələlik irəliləyiş gözləməyə dəyməz. Hər iki dövlətdə rəhbərlik dəyişib və o, sonrakı kursu müəyyənləşdirməlidir. Perspektivdə isə, bəli, hər iki tərəf mümaqişənin tezliklə həllində maraqlıdır”, – o qeyd edib.
Politoloq 2016-cı iloin aprel hadisələrinin təkrarlanmasını az inandırıcı hesab edir: “Hər halda, mən onların bərpa olunması üçün səbəb görmürəm”.
Onun sözlərinə görə, bunun əleyhinə Qafqazda sülhün qorunmasında maraqlı olan Rusiya da çıxış edir. “Fikrimcə, Moskva hər şey edəcək ki, tərəflərin mövqeləri maksimal dərəcədə yaxınlaşsın və münaqişənin tənzimlənməsi prosesi ölü nöqtədən tərpənsin. Bu zaman Qafqazda onsuz da kövrək olan sülhə təhlükə törədə biləcək zorun tətbiqinə yol verilməyəcək. Əminəm ki, bu il ərzində Rusiya, Azərbaycan və Ermənistan lidelərinin üçtərəfli görüşü keçiriləcək, belə ki, Qarabağdan savayı da həll edilməli bir sıra məsələlər mövcuddur”, – ekspert bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ