Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23218
az

ABŞ Süleymaninin yerinə keçən generalı hədələdi: “Onun kimi etsə...”

18:0723 Yanvar, 2020
485
SİYASƏT
  • A

ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Quds” xüsusi təyinatlı dəstəsinin yeni komandiri İsmayıl Kaaniyə xəbərdardarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu haqda o "Asharq Al-Awsat”a verdiyi müsahibədə deyib. Huk Kaaninin bu vəzifədəki sələfi general Qasım Suleymani kimi öldürülə biləcəyini bəyan edib.

Xüsusi nümayəndənin sözlərinə görə, ABŞ hələ də İranın amerikalılara hücumlarına qətiyyətli cavab verməyə hazırdır.

Huk xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Süleymanini aradan götürməklə verdiyi sözü əməliylə də sübut edib:

"Kaani də amerikalıları öldürməyə davam etsə, o da eyni aqibətlə üzləşəcək. Prezident Tramp bir neçə il əvvəl izah etdi ki, amerikalılara və ya ABŞ-ın maraqlarına edilən hər hansı bir hücum qətiyyətli cavab alacaq və prezident də bunu nümayiş etdirdi”.

Xatırladaq ki, Süleymani yanvarın 3-də ABŞ hərbçilərinin keçirdiyi xüsusi əməliyyat zamanı Bağdad hava limanının yaxınlığında öldürülüb. Buna cavab olaraq İran ABŞ-ın İraqdakı bazalarına hücum etdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İvana Jivkoviç Ermənistana gəldi
Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü