Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2248
az

Allah heç kimə göstərməsin: Belə gəlin olmaq ona baha başa gələcək…

23:4526 May, 2018
1170
  • A
Şahzadə Harri ilə ailə həyatı quran amerikalı aktrisa Meqan Markl artıq Krallıq protokoluna uyğunlaşmaq məcburiyyətindədir.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bundan sonra Meqan Markl daha əvvəlki həyatından fərqli yaşayacaq. Belə ki, yeni gəlin daha aktrisalıq edə bilməyəcək.

Bundan əlavə, şahzadənin xanımına aşağıdakı qadağalar tətbiq olunacaq:

Səs verə bilməyəcək. Çünki krallıq qaydalarına görə, kraliçadan başqa heç kim səs verə bilməz.

Heç bir yerə gecikə bilməz. Yemək yeməyə və yatmağa özü qərar verə bilməz. Çünki bu, kraliçanın cədvəlinə uyğun müəyyənləşdirilir.

Hər hansı sosial şəbəkədən istifadə edə bilməz, bloq apara bilməz. Qeyd edək ki, o, keçən il şahzadə Harri ilə nişanlandıqdan sonra bütün hesablarını bağlamışdı.

Saraya hörmət səbəbilə selfi də çəkə bilməz.

Yeni gəlin, dırnaqlarına tünd, diqqəti çəkən dırnaq boyası çəkə bilməz.

Qalın dabanlı ayaqqabılar geyinə bilməz. Çünki krallıq ailəsi adətən klassik ayaqqabılar geyinir.

Meqan bundan sonra mini ətəklər də geyə bilməyəcək. Ayağına hər zaman mütləq ət rəngi olan nazik corab getyinməlidir. Ayağını ayağının üzərinə aşıra bilməz.

İmzasının sürətinin çıxarılmasının qarşısının alınması üçün heç bir kraliyyət üzvü heç yerə imza ata bilməz. Məsələn, kimsə ondan bir kitab imzalanmasını istəsə, sadəcə adını yaza bilər.

The Timesin xəbərinə görə, saray məsləhətçisi Samanta Kohen Meqana müəyyən təlimatlar verib.

Saray qaydalarında yatma qaydaları, geyim qaydaları və s. bu kimi edilməsi vacib olan qaydalar var.

Qısacası, Allah heç kimə krallıq gəlini olmaq nəsib eləməsin...



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxardı
Uşakov:

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb