Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
220
az

Usubov türkiyəli nazirlə 15 iyul hadisələrindən danışdı

20:1303 Aprel, 2018
1184
SİYASƏT
  • A
 Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
 
DİN-in mətbuat xidmətindən “Oxu24.com”a verilən məlumata görə, R. Usubov ikitərəfli əlaqələrin mövcud durumundan danışarkən rəhbərlik etdiyi qurumun qardaş ölkənin Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
 
2016-cı il iyul ayının 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir həmin olayların Azərbaycanda da böyük narahatlıq yaratdığını, dövlətçiliyə, demokratiyaya, xalqa, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətin respublikamızda şiddətlə qınandığını nəzərə çatdırıb. O, antikonstitusion əməllərin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində vəziyyətin qısa zamanda sabitləşməsindən, dost dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin getdikcə artmasından və beynəlxalq arenada nüfuzunun yüksəlməsindən məmnunluğunu ifadə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı