Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
205
az

“Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”

13:3503 Aprel, 2018
1358
SİYASƏT
  • A
 “Kredit borcları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir”.

“Oxu24.com” xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Kredit büroları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, keçən iclasda da deyildi ki, bu məsələ dövlətin və hökumətin diqqətindədir, müvafiq işlər gedir:

“Biz də bilirik ki, bu məsələ üzərində işlər gedir. Amma Ziyad müəllim, yaxşı olardı ki, bu məsələ ilə bağlı geniş məlumat verəsiniz. Bu məsələyə artıq aydınlıq gətirilməli və son qoyulmalıdır”.

Millət vəkili Fəzail Ağamalı da bu yöndə sərt fikirlər səsləndirib və özəl bankları ciddi tənqid edib: “Niyə hər şey dövlətin üzərinə atılır? Kommersiya bankları pul qazananda niyə əl-ayağa düşmürdülər, amma problem yarananda hər şeyi dövlətdən umurlar? Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO