Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2011
az

Naxçıvan sərhəddində nə baş verir? -MƏSƏLƏNİN PƏRDƏARXASI

16:0821 May, 2018
2236
SİYASƏT
  • A
 Ötən gün, Ermənistan müdafiə nazirliyinin yaydığı təxribatçı bəyanatlarda, guya Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinin müəyyən hissələrində mövqeləri yaxşılaşdırmaq məqsədilə fəal mühəndis işləri apardığı bildirilirdi.

Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal münasibət bildirərək, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan Silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi daşıdığını qeyd etdi.

Təsadüfi deyil ki, bir neçə gün öncə Ermənistanın müdafiə naziri və xarici işlər naziri Naxçıvanla həmsərhəd bölgədə erməni mövqelərinə gələrək bölgədəki vəziyyət və əməliyyat şəraiti ilə tanış olub.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar.

Naxçıvan mövzusu xüsusi ilə Ermənistanın daxili mürəkkəb hadisələri çərçivəsində tez-tez hallanır. Bir tərəfdən bu istiqamətdə təxribatlar həyata keçirilir, digər tərəfdən ehtimal edilən müharibə zamanı buradan 2-ci cəbhənin açılması barədə təxribatçı bəyanatlar səsləndirirlər.

Belə ki, son dövrdə ermənilərin Naxçıvanla bağlı informasiya qabartmalarına nəzər salsaq görərik ki, düşmən israrla dünyaya Naxçıvan cəbhəsində Azərbaycan ordusunun atəşkəsi tez-tez pozduğunu yaymağa çalışır.

Ermənistan hakimiyyəti yaxşı dərk edir ki, Naxçıvan Muxtar Respublikası Ermənistan Respublikası ilə birbaşa həmsərhəd olduğundan, onun ərazisində hərbi əməliyyat aparmaq, KTMT hərbi ittifaqına müharibə elan etməkdir. Onun da hərbi qüvvələrinin özəyini Rusiya ordusu təşkil edir.

Hərbi əməliyyatlar başlayarsa, Naxçıvan ordu qrupunun zərbə məqsədilə tətbiqinin nəhəng operativ əhəmiyyətinə baxmayaraq, strateji cəhətdən məqsədəuyğun deyil. Bu ordu qrupu çox böyük və güclü olsa da, yalnız müdafiə xarakterli döyüş tapşırığı yerinə yetirməlidir.

Erməni rəhbərliyi bunu gözəl anlasa da, təbliğatını o yöndə qurur ki, guya Naxçıvan Ordu qruplaşması bütün texnikası ilə 3000 metrlik dağ silsiləsini aşaraq qəfil sıçrayışla transermənistan nəqliyyat kommunikasiyasını ortadan kəsib onların ölkəsini iki yerə böləcək, əlavə olaraq Rusiya sərhədçilərini də Meğri bölgəsində kommunikasiya blokadasına salacaq.

Bunun da öz məqsədi var. Ermənistan təbliğatının məntiqi son məqsədi uzaqdan görünür. Əgər hərbi əməliyyatlar başlayarsa, Naxçıvana provokasiya məqsədi ilə hücum edib, orada yeni cəbhə görünüşü yaratmaqla, Rusiyanı döyüş əməliyyatlarına qoşulmağa məcbur etmək.

Maraqlıdır, Ermənistanda baş verən məxməri inqilabdan öncə Respublikaçılar partiyasının deputatlarından biri, sərhəd bölgəsində erməni mövqelərinin təkmilləşdirilməsi barədə açıqlamalar verirdi. İndi isə şəhid xəbərinin ardından, açıqlama yayaraq bildirirlər ki, Azərbaycan ordusu guya cəbhə xəttində möhkəmləndirmələr həyata keçirir. Buna isə "dezinformasiya taxtası"nda rəngsiz gediş deyirlər. (ORDU.AZ) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı