Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1939
az

Usubov iki rayona yeni rəis TƏYİN ETDİ

11:0519 May, 2018
1639
SİYASƏT
  • A
 Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

Femida.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron rayon Polis Şöbəsinin rəis müavini polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xızı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Astaranın yeni rəisi A. Cahangirov tanınmış polis zabitidir. O, uzun illər daxili işlər orqanlarında çalışıb. A. Cahangirov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı