Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19266
az

Nikol Paşinyanın gizli göstərişi

19:4421 Oktyabr, 2019
486
SİYASƏT
  • A
Oxu24.com yerli mediaya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın gizli tapşırığı ilə nazirlərin, nazir müavinlərinin və nazirliklərin baş katiblərinin maaşları xeyli artırılıb. Sifarişin iyul ayında verildiyi deyilir.

Gizli əmrlə bağlı məlumatları yoxlamaq üçün əvvəlcə üç nazirliyə yazılı sorğu göndərilib. Məlum olub ki, son 4 aydakı artıma görə, fövqəladə hallar naziri Feliks Çolakyan, ətraf mühit naziri Erik Qriqoryan ayda 1,5 milyon dram maaş alır.

Qeyd edək ki, dövlət məmurlarının əmək haqqının miqdarı qanunla müəyyən edilir. Bu baxımdan qanuna heç bir dəyişiklik etmədən Baş nazirin gizli göstərişinə əsasən maaşların iki qat artması ciddi suallar doğurur.

Baş nazir Nikol Paşinyandan yazılı şəkildə prosesin niyə gizli şəkildə aparıldığı soruşulub.

Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Armen Xaçatryanın cavabı isə belə olub:

“Qaldırılan məsələ qeyd edildiyi kimi, gizli şəkildə həyata keçirildiyi üçün bu cür məlumatlar açıqlanmır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ