Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18026
az

Gültəkin Hacıbəylinin "Lexus" və "Toyota Avalon" maşınlarına, mənzilinə həbs qoyuldu

20:4917 Sentyabr, 2019
839
SİYASƏT
  • A
 
Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qaynanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Nəhayət Məmmədovanın iddiası təmin olunub. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qaynanasına 85 min manat ödəməlidir.

Qeyd edək ki, Nəhayət Məmmədova iddiasında G.Hacıbəylinin Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə ondan 50 min dollar məbləğdə pul aldığını bildirib. Həmin mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib.

Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Buna görə də Məmmədova keçmiş gəlinindən pulu tələb edib. Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus "Lexus LX 570" və "Toyota Avalon" markalı iki bahalı avtomobilinə, eləcə də mənzilinə həbs qoyulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər