Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17702
az

Kürdəxanı sakinləri Mehriban xanım Əliyevaya məktub yazdı:"İşbazlar sizin göstərişinizlə salınacaq parkı..."

12:5309 Sentyabr, 2019
1984
SİYASƏT
  • A
 
Bakının Kürdəxanı kənd sakinləri tərəfindən Oxu24.com saytına məktub daxil olub. Kənd sakinlərinin bildirdiyinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  göstərişi ilə salınacaq  park naməlum  şəxslər  tərəfindən  hasarlanıb.

Kənd sakinlərinin şikayətini təqdim edirik:

Bu ilin  may ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva kəndimizə, Bakının Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində olub. Orda olduğu müddətdə  Mehriban xanım   dedi ki,  qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.  Yerli sakinlərin asudə vaxtlarının səmərəli keçirtmələri üçün Mehriban xanım Kürdəxanı qəsəbəsində (əvvəlki Meyvə Tingliyi Savxozunun ərazində) istirahət parkının   salınması  üçün göstəriş verib.   Yaxın günlərdə parkın açlışı olacağı gözlənilir. Lakin bəzi işbazlar salınacaq parkın böyük bir hissəsini zəbt edərək hasarlayıblar   Nəzərinizə çatdırım ki, park zeytun ağaclarından ibarət olan “Zeytunluq” deyilən ərazidə salınıb  və   sözü gedən işbaz ərazidə olan zeytun ağaclarını da hasarladığı əraziyə daxil edib.  Yerli sakinlərin bununla bağlı  Sabunçu rayon icra hakimiyyətinə ünvanladığı müraciətlər də cavabsız qalır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlhan Əliyev qanunsuz tikililəri cinayət adlandırır , Birinci Vitse -  Prezident yerli sakinlərin istifadəsi üçün park salınmasına göstəriş verir və kimsə kimlərdənsə cəsarət alaraq salınacaq parkın ərazisində qanunsuz tikinti işləri aparır.   Doğrusu cəsarətin bu qədəri də adamı təəccüblənirməyə bilmir.  Ümid edirik ki, əlaqədar təşkilatlar  bu cəsarətli adamla, ona cəsarət verən verənlərlə bağlı bir ölçü götürər.  

Hörmətlə, Kürdəxanlılar adından Tofiq Əli Kürdəxanlı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı