Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1569
az

Paşinyanın arxasındakı güc ORTAYA ÇIXDI –

15:1509 May, 2018
2719
SİYASƏT
  • A
Amerika Erməniləri Milli Komitəsi (ANKA) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsindən dərhal sonra Vaşinqtondan kömək istəyib.
Oxu24.com erməni KİV-inə istinadən xəbər verir ki, ANKA ABŞ-ın dövlət katibi Maykl Pompeonu Ermənistana 140 milyon dollar qrantının verilməsinə kömək etməyə çağırıb.
“İndi hərəkət etməyin əsl vaxtıdır. “Minilliyin çağırışları” korporasiyası Ermənistanın demokratik inkişafında, ABŞ və Ermənistanın münasibətlərinin yeni fəslində mərkəzi rolu oynaya bilər. Biz sizi dərhal “Minilliyin çağırışları”nın yeni paketinin müzakirəsinə təşəbbüs etməyə çağırırıq”, - ANKA-nın sədri Raffi Xamparyanın Pompeo adına göndərdiyi məktubda deyilir.
Məktubda qeyd edilir ki, qrant ölkənin dövlət məktəblərində elm, informasiya texnologiyaları, incəsənət və riyaziyyat sahəsində proqramların reallaşdırılmasına yönəldiləcək.
Ermənistan əvvəllər "Minilliyin çağırışları” korporasiyasının iştirakçısı sırasında idi. Lakin 2008-ci il mart qətliamından sonra ABŞ bu proqramın maliyyələşdirilməsini dayandırdı. Son illər ABŞ konqresmenləri aktiv şəkildə bu proqramı lobbiləşdirməyə çalışırlar. Konqresmen Adam Şiff və Erməni Milli Komitəsi (ANCA) proqramın bərpası istiqamətində fəallıq göstərirlər.
Bu ilin martında isə Ermənistan-ABŞ parlament dostluq qrupunun üzvləri Birləşmiş Ştatlarda səfərdə olublar. Nümayəndə heyəti ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının nümayəndələri ilə görüşüb. Görüş zamanı “Minilliyin çağırışları” korporasiyası ilə Ermənistanla əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, müxalifət lideri, Ermənistanda etiraz aksiyalarının başçısı Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində keçirilən səsvermə ilə baş nazi seçilib. Erməni diasporu aprelin 13-dən Serj Sarkisyan rejiminə qarşı keçirilən aksiyalarda müxalifəti dəstəkləyib. Rusiyada bir sıra ekspertlər və siyasilər bu fikirdədir ki, dinc hakimiyyət çevrilişi ABŞ, o cümlədən erməni diasporu tərəfindən dəstəklənib.
Paşinyan ölkə iqtisadiyyatını ayağa qaldıracağına söz verib. Və erməni diasporunun onun seçilməsindən dərhal sonra Amerika hakimiyyətinə pul üçün müraciət etməsi isə hakimiyyət çevrilişinin arxasında okeanın o tayındakı dairələrin, o cümlədən Amerikadakı erməni diasporunun dayandığına dair fikirlərə haqq qazandırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO