Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1560
az

Rusiya silahlarını işə salıb bu ölkələri vura bilər – XƏBƏRDARLIQ

13:2309 May, 2018
1312
SİYASƏT
  • A
 Rusiyanın Polşa və Baltikyanı ölkələrə qarşı tutduğu mövqe aydındır. Rusiya bu ölkələrə münasibətdə düşmən mövqeyə köklənib.

Oxu24.com - un Modern.az saytına istinadən məlumatına görə, bunu Estoniyanın təhlükəsizlik üzrə mütəxəssisi Andres Kasekamp “Die Welt” nəşrinə müsahibəsində bildirib.

Ekspert bildirib ki, Estoniya, Latviya və Litva Avropanın təhlükəsizlik strukturlarına harmonik şəkildə birləşdirilib.

Onun sözlərinə görə, Suriyada ABŞ-la Rusiya arasında münasibətlər kəskinləşərsə, bu zaman Kreml diqqəti başqa regiona yönəldə bilər.

“Bu zaman Rusiya başqa yerləri vura bilər. Həmin yerlər ki, onları ən zəif hesab edir. Hərçənd ki, Qərbin müttəfiqlərinin gücü Rusiya qüvvələrindən üstündür. Lakin məsələ Baltikyanı regiona gələndə fərqlidir. Yəni eyni şeyi Baltikyanı region haqqında demək olmaz. Əgər Rusiya qarşıdurmanı davam etdirmək istəyəcəksə, Baltik dənizinin sahili bu nümayiş üçün məkan seçilə bilər”- Andres Kasekamp bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putini açıq tənqid etməkdən çəkinməsi təhlükəlidir:

“Bu, təhlükəlidir. Çünki Rusiya Trampın NATO-nun razılaşmalarını qeyd-şərtsiz dəstəkləməsinə inanmasa, başqa variantları sınaqdan keçirməyə çalışa bilər”.

Ekspert Almaniyanın Baltikyanı regionla bağlı siyasətini də tənqid edib, deyib ki, Berlin ziddiyyətli siyasət yürüdür.

“Almaniyanın siyasəti paradoksaldır. Bir tərəfdən kansler Angela Merkel sanksiya məsələsinin həllində Avropa Birliyi ölkələrini birləşdirməyə bacarıqlıdır. Almaniya həmçinin Rusiyanın təcavüzünə baxmayaraq Ukraynada demokratiyanı saxlamaq niyyətindədir.

Almaniya iqtisadi, ticarət maraqlarını əsas götürür. Ən açıq nümunə “Şimal axını-2” qaz kəməri layihəsidir. Almaniya hakimiyyəti yaxşı bilir ki, bu layihə siyasi təhlükəsizliyə bağlıdır. Moskva da bunu görür. Rusiya Ukraynanı Avropa qaz sistemi təchizatından sistemindən qoparmaq istəyir. Almaniya siyasətçiləri isə belə hesab edir ki, bu qaz kəməri təmiz iqtisadi layihədir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Putin Əsədlə görüşəcək
Papadan növbəti atəşkəs çağırışı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu