Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1533
az

Yeni sədr mətbuata müsahibə verdi - VİDEO

15:5008 May, 2018
1526
SİYASƏT
  • A

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov mediaya ilk müsahibəsini verib.


Lider TV-yə verdiyi qısa müsahibədə o, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb. Vüsal Hüseynov bildirib ki, Miqrasiya Xidmətindəki fəaliyyəti ilk növbədə Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin tam icra edilməsinə yönəldiləcək.

“İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Və atacağımız addımların “yol xəritəsi”ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”,- Vüsal Hüseynov deyib.

O, bildirib ki, qoyulmuş tapşırıqların icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o tip kadrlara etimad göstəriləcək. Hüseynov kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: “Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar”.

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi media ilə açıq şəkildə işləyəcəklərini də bildirib. 

 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəngilan aeroportunu görən Ərdoğandan maraqlı reaksiya - Video
Milli Məclisdən efirə getməyən görüntülər - Deputat narazılıq edir+VİDEO
Mirşahin Cümşüdün müdafiəsinə qalxdı:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO