Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15093
az

Bahar Muradova şəhid anasının evinə ayaqqabı ilə girib? -Açıqlama

11:4301 İyul, 2019
837
SİYASƏT
  • A
 

Milli Məclisin vitse-spikeri Bahar Muradova şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olmasına dair iddialara cavab verib.

Oxu24.com  “Gununsesi.org”a istinadən xəbər verir ki, vitse-spiker həmin mənzil sahibinin şəhid ailəsi olmadığını yazıb.

“Adətən həqiqətə uyğun olmayan “xəbərlərə” reksiya verməyin tərəfdarı deyiləm.Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir çərçivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan. Guya, şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir. Bir məqamı qeyd etməyi lazım bilirəm ki,bu “xəbərləmə”onun müəllifləri üçün bir halda siyasi,digər halda isə kommersiya məqsədi daşıyırsa da, mənim üçün bir mənəviyyat məsələsidir. Həm də onlarla şəhidim olduğu üçün.Odur ki, laqeyd qala bilməzdim.


Çox təəssüf edirəm ki, tənha və köməksiz yaşayan qadınlara bu ilin mart ayında növbəti baş çəkmə zamanı çəkilən və mənim facebook profilimdə yayımlanan şəkil belə bir həssas məsələdə insanların hissləri ilə oynamaq üçün “vasitə” kimi istifadə olunmuşdur. Hətta bununla belə mən bu “informasiyadan” özünün və şəhid ailələrinin heysiyyətinə toxunulduğunu güman edən hər kəsdən üzrümü qəbul etmələrini xahiş edirəm. Bunu yayan xəbər saytlarını isə şiddətlə qınayıram. Hamımız üçün müqəddəs olan insanların hissləri ilə oynadıqlarına görə. Üzümü onlara tutaraq deyirəm:

Arzum budur ki, Tanrı sizə özünüzü ifadə və təsdiq etmək üçün başqa “imkanlar” yetirsin!”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı