Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1427
az

Milli Məclis xüsusi iclas keçirəcək - TƏFƏRRÜATLAR

17:3005 May, 2018
1253
SİYASƏT
  • A
 Mayın 10-da Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək.

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a açıqlama verib.

 Deputat bildirib ki, Milli Məclis mayın 10-dakı xüsusi iclasda ulu öndər Heydər Əliyevə olan ehtiramını ortaya qoyacaq.

“Heydər Əliyev Azərbaycanın tarixində böyük bir keyfiyyət dəyişikliyi etmiş tarixi şəxsiyyətdir. Onun I və II siyasi hakimiyyəti dövründə Azərbaycan keyfiyyətcə dəyişib. Ölkəmizdə bütün sahələrdə böyük irəliləyişlər olub. Müstəqil Azərbaycanın əsası qoyulub. Cəmiyyətimiz və dövlətimiz üçün böyük işlər görmüş bu şəxsiyyətə parlament öz ehtiramını nümayiş etdirmək əzmindədir”.

 Aydız Mirzəzadə qeyd edib ki, xüsusi iclasda parlament praktikasına görə , yəqin ki, qərar qəbul ediləcək.

“Bi isə xüsusi iclasda formalaşan komissiyanın tərtib etdiyi layihədən asılı olacaq. Bir qayda olaraq, komissiya  parlamentin ümumi fikrini ortaya qoyan sənəd hazırlayır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO