Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1425
az

Paşinyan qərbyönlüdür, Kremllə problem olacaq - Felgenhauer

16:3405 May, 2018
1431
SİYASƏT
  • A
Əgər Ermənistandakı hakimiyyət etirazları silah yolu ilə yatırtmaq istəsəydi, Sərkisyan istefaya getməzdi.

Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Görünür, rejim dəyişikliyi gedir. Baş nazir indiyə qədər kifayət qədər ciddi olmayan fraksiyanın nümayəndəsi olacaq. Seçkinin nəticələrinin necə olacağını hələlik heç kim deyə bilməz. İrəvanın yeni siyasətinin necə olacağı da qeyri-müəyyəndir. Tək respublika yox, bütün region destabilizasiyaya məruz qalıb və bu, Ermənistanda yeni nizam bərpa olunana qədər davam edəcək. Doğrudur, İrəvanda hakimiyyət dəyişikliyi əsas baza təşkil edən məsələlərin dəyişməsinə səbəb olmayacaq.

Paşinyan təkbaşına Ermənistanın xarici siyasət vektorunu Qərbə doğru yönəltməyəcək. Belə ki, o, fərqli siyasi qüvvələrlə koalisiya qurmağa məcbur olacaq.

Hər şey onun ətrafındakı koalisiyanın necə olacağından asılı olacaq. Ümumiyyətlə, seçkidən sonra o, baş nazir olaraq qalacaqmı? Paşinyanın şəxsi mövqeyi daha qərbyönlüdür, amma Ermənistanın bu kursu tutması çətin olacaq. Moskva ilə problemlər yarana bilər. Moskva hələlik İrəvanda baş verənləri ehtiyatla izləyir. Rəngli inqilab heç kimin xoşuna gəlmir və Qərbin fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Hələlik isə belə şayiələr barədə heç kim danışmır”, – deyə o bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər