Ceyhun Bayramov mühüm sənədə İMZA ATDI
09 Dekabr 2025, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
663
10.08.2025, 18:05
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.
Həmçinin oxuyun
Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
20:15 / 09 Dekabr 2025
85
19:26 / 09 Dekabr 2025
61
19:20 / 09 Dekabr 2025
117
19:13 / 09 Dekabr 2025
906
19:09 / 09 Dekabr 2025
63
19:01 / 09 Dekabr 2025
66
18:59 / 09 Dekabr 2025
86
17:32 / 09 Dekabr 2025
1549
17:27 / 09 Dekabr 2025
73
17:25 / 09 Dekabr 2025
95
17:23 / 09 Dekabr 2025
75
17:02 / 09 Dekabr 2025
86
16:20 / 09 Dekabr 2025
743
16:12 / 09 Dekabr 2025
979
15:57 / 09 Dekabr 2025
135
15:51 / 09 Dekabr 2025
112
15:49 / 09 Dekabr 2025
104
15:32 / 09 Dekabr 2025
126
15:27 / 09 Dekabr 2025
72
15:07 / 09 Dekabr 2025
1135
14:55 / 09 Dekabr 2025
105
14:47 / 09 Dekabr 2025
865
14:30 / 09 Dekabr 2025
5026
14:26 / 09 Dekabr 2025
240
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.