Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122574
az

"Əhəmiyyətli nəticə olmadan Bakını tərk edə bilmərik"- Saymon Stil

15:1311 Noyabr, 2024
47
SİYASƏT
  • A

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransı geniş yayılmış iqlim böhranını həll etmək və buna qarşı birgə hərəkət etmək üçün bir-birimizə çağırış edə biləcəyimiz yeganə məkandır.

Oxu24.com  xəbər verir ki, bu sözləri İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil noyabrın 11-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində deyib.

O bildirib ki, iqlim böhranı dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir edir. “Bakıda biz yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmalıyıq. Bir COP bütün dünyanın ehtiyac duyduğu transformasiyanı edə bilməz. Əgər dünya dövlətlərinin ən azı üçdə ikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman bu, hər bir dövlətə baha başa gələcək. Əgər dövlətlər təchizat zəncirlərində möhkəmlik qura bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək. Beləliklə, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik olduğuna dair hər hansı bir fikirdən daşınmalıyıq”,- deyə İcraçı katib bildirib.

Yeni iqlim maliyyəsinin hər bir ölkənin, o cümlədən ən böyüklərin və ən varlıların da şəxsi maraqlarına uyğun olduğunu söyləyən S.Stil deyib ki, biz qlobal maliyyə sistemində islahatların aparılması üçün daha çox çalışmalıyıq. Biz Dubaydan gələn hədəfləri reallaşdırmaq üçün yumşaldılma üzərində irəliləməli, 1,5 hədəfinin əlimizdən çıxmasına imkan verməməliyik.

Saymon Stil əlavə edib ki, təmiz enerji və infrastruktur sərmayəsi 2024-cü ildə iki trilyon dollara çatacaq və bu, qalıq yanacaqlardan demək olar iki dəfə çoxdur. “Təmiz enerjiyə və dayanıqlı iqlimə keçid dayandırılmayacaq. Bizim işimiz bunu sürətləndirmək və onun böyük faydalarından bütün ölkələr və xalqların yararlana biləcəyinə əmin olmaqdır . Biz uyğunlaşma göstəricilərini razılaşdırmalıyıq. Ölçmədiyiniz bir şeyi idarə edə bilməzsiniz. Biz itki və ziyana görə maliyyə və texniki dəstək üçün yeni mexanizmləri təkmilləşdirməyə davam etməliyik. Bu il təqdim olunacaq İkiillik Şəffaflıq Hesabatları bizə əldə etdiyimiz irəliləyişlər və doldurulmalı olan boşluqlar haqqında daha aydın təsəvvür yaradacaq. Gələn il bütün ölkələr müəyyənləşdirilmiş milli töhfələrini (NDC) təqdim edəcəklər. Ölkələrə onları yaratmaq və çatdırmaqda dəstək olmaq üçün İqlim Planı Kampaniyasına başlayacaq. O, bütün maraqlı tərəflərin fəaliyyətlərini səfərbər edəcək və BMT Baş katibinin və Braziliyanın COP gələnilki sədrliyinin səyləri ilə uyğunlaşacaq. Paralel olaraq, 2025-ci ildən etibarən İqlim Həftələrinə yenidən başlayacağıq. Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik. Bu anın əhəmiyyətini qiymətləndirən Tərəflər buna uyğun hərəkət etməlidirlər. Burada - COP29-da qətiyyət nümayiş etdirilməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


NATO komandanı Azərbaycana gəldi - Foto
Putin Kadırovu təltif etdi
Blinken elan etmədən Türkiyədən İraqa getdi

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu