Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12201
az

Bu şəxslərin pensiyası artırılacaq - Qanuna dəyişiklik

13:4520 Aprel, 2019
1690
SİYASƏT
  • A
“Əmək pensiyaları haqqında” qanuna növbəti dəyişikliklərin səbəbi məlum olub.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, parlamentin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə salınmış “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyasının artırılması ilə bağlıdır.

Qeyd edək ki, bununla bağlı həm də digər bir qanuna - “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və həmin dəyişikliklər layihəsi də 23 aprel iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.

Belə ki, “Əmək pensiyaları haqqında” qanun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

Həmçinin, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa, digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Bu baxımdan təklif edilir ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib? - Qazaxıstan XİN-dən AÇIQLAMA
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ