Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12060
az

İşdən çıxarılan direktorla bağlı ŞOK! Adı hələ də Nazirlikdə gedir

13:0317 Aprel, 2019
959
SİYASƏT
  • A
 

Artıq bir neçə gündür ki, ölkə mətbuatın gündəmini 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü hadisəsi zəbt edib.

Hadisə baş verdikdən sonra təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırıldı. Həmçinin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Lalə Məhərrəmova, məktəbin psixoloqu Könül Ağayeva işdən çıxarılıb.

Məlum hadisə ilə bağlı məktəbin keçmiş direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az  xəbər verir ki, hər 3 şəxs haqqında rəsmi qərar olsa da, Təhsil Nazirliyinin rəsmi internet saytında qeyd olunan şəxslər tutduqları vəzifənin sahibi kimi qeyd olunub. Həmin fotofaktı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub