Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12044
az

Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM

09:4117 Aprel, 2019
887
SİYASƏT
  • A
 
Türkiyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə saxlaya bilər. Bu iddia ilə Türkiyə mediası çıxış edib. Xəbərə görə, Ankara hələ ki, seçimlər üzərində düşünür. Məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirilməyib.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov qeyd edir ki, sistemlərin Azərbaycana gətirilməsi çox şeydən xəbər verir:

“S-400 raket komplekslərinin Azərbaycana gətirilməsi Türkiyə ilə ölkəmizin münasibətlərinin güvən səviyyəsindən xəbər verir. Bu, onu göstərir ki, Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır və Türkiyəni bütün qərarlarında dəstəkləyir. Lakin mən düşünmürəm ki, qısa müddətdə raket komplekslərinin Azərbaycana gətirilməsi zərurəti var. Bunun səbəbini başa düşmək çətindir. Məgər Türkiyədə yermi yoxdur? Ya necə? Komplekslərin hərbi heyəti elə Türkiyədə də təlimlərini keçə bilərlər. Türkiyə bizim müttəfiqimizdir. Lakin kifayət qədər müstəqil, geniş ərazilərə malik bir dövlətdir".


Politoloq vurğulayır ki, Türkiyə dünya siyasətində inkişaf etmiş bir oyunçudur və onun silahlanması, ümumilikdə, Ermənistanı qorxutmalıdır:

“Bu, İrəvana bir işarə olmalıdır. Türkiyənin kompleksləri Azərbaycan ərazisində yerləşdirilsə, bu da Ermənistanın ali dairələrini qorxuya sala bilər. Amma onu da yaddan çıxarmaq lazım deyil ki, bu silahlar müdafiə xarakterlidir. Bu silaha sahib olan ölkə hücum niyyətində deyil, müdafiəsinin qayğısına qalır. Bu sistem bizim ərazimizə yerləşdirilsə belə, biz bunu hər hansı bir ölkəyə hücum məqsədilə istifadə edə bilmərik. Ancaq özümüzü müdafiə edə bilərik. Lakin Ermənistan yeni ərazi iddialarına çıxmaq niyyətinə düşsə, bu onun üçün yeni təhlükə olacaq”.

Qeyd edək ki, daha öncə S-400 zenit raket komplekslərinin hərbi heyətinin Azərbaycanda təlimlər keçəcəyi ilə bağlı xəbər verilmişdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi