Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11889
az

Deputat Elinanın olayı haqda: Direktorun işdən çıxarılması düzgün deyil

10:5612 Aprel, 2019
1541
SİYASƏT
  • A
 
“Mən direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”.

Bunu jurnalsitlərə deputat Fazil Mustafa bildiriib.

O qeyd edib ki, mindən çox şagirdə nəzarət etmək direktorun imkanları xaricindədir: “Direktor 2 min nəfər şagirdə necə nəzarət eləsin".

Daha sonra deputat sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, bir sürü bizə əxlaq dərsi keçməyə çalışır:

"İndi baxıram ki, "Məktəb direktorunun işdən çıxarılmasını doğru hesab etmirəm" başlığı ilə paylaşımlar edərək bir sürü sözün bütün mənasına danabaş bizə əxlaq dərsi keçməyə çalışırlar.

Çıxışımızın mətni problemin mahiyyətinin açılmasına yönəldiyi halda, bir cümləni həmişəki kimi başlığa çıxarıb təhqiramiz rəy yazan nadanlara qarşı yenə də haqlı mövqeyimi ortaya qoymaqdan məmnunluq duyuram. Mən onlara hüquq dərsindən danışıram, yəni burada bütün subyektlərin davranışına hüquqi qiymət verilməlidir, səs yazısı da, intihara səbəb olan motivlər də istintaq orqanı tərəfindən qiymətləndirilməlidir.

Sonra direktoru nəinki işdən çıxarmaq, günahı sübut oluunarsa, həbs edib ağır cəza da vermək olar. Hələ həkimlərin öz peşə borcuna münasibəti də konkret hadisədə qiymət verilməsi vacib amillərdən biridir. Yaxud başqa bir şəxs günahkardırsa, yenə də eyni qaydada qanunun tələbləri yerinə gətirilməlidir. Yarğısız infazdan çox zaman gileylənən, iqtidarı buna görə ittiham edən insanların çoxusu xüsusi canfəşanlıqla yarğısız infaza bəraət qazandırırlar.

Buradan çıxarılası ən mühüm dərs valideyn-məktəb münasibətlərinin sağlamlaşdırılması yollarının ictimai müzakirəyə çıxarılması və optimal ünsiyyət formalarının tapılmasıdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya tərəfi zərbə videosu yaydı
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı