Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117983
az

SON DƏQİQƏ!Üç məntəqənin seçki nəticələri ləğv olunub

17:2213 Sentyabr, 2024
124
SİYASƏT
  • A

Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.

Oxu24.com xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.

"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb", - B.Əsgərov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi
Prezident daha bir qəbul keçirdi

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır