Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106988
az

Alimpaşa Məmmədov borcunun 185 minini də ödədi

17:0024 Aprel, 2024
94
SİYASƏT
  • A

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. 


Oxu24.com xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbəti” sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərin üzərindən həbsin götürülməsini xahiş edib. 


Alimpaşa Məmmədovun vəkili Camal Əliyev mülki iddianın geri götürülməsini əsas gətirərək əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsini tələb edib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, bu məsələyə hökmdə hüquqi qiymət veriləcək.


Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Qalan məbləğin ödənişinin isə aparıldığı bildirilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. 


Növbəti məhkəmə prosesi may ayının 23-nə təyin olunub. 


Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR - İsrail hökuməti ciddi narahatlıq keçirir
İsrail atəşkəsə hazırdır… – Netanyahu
İvana Jivkoviç Ermənistana gəldi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü