Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106980
az

Baş prokuror iordaniyalı həmkarı ilə onlayn görüşdü - Foto

15:5124 Aprel, 2024
57
SİYASƏT
  • A

Baş prokuror Kamran Əliyev İordaniya Haşimilər Krallığının Baş prokuroru Yusuf Tiabat ilə videokonfrans formatında ikitərəfli görüş keçirib.

 

Oxu24.com xəbər verir ki, görüş zamanı baş prokuror dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyev və Kral II Abdullah ibn Al Hüseynin birgə səyləri nəticəsində siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə əlaqələrin hazırkı yüksək inkişaf dinamikasına çatdığını vurğulayıb.


Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarına məlumat verib.


Yusuf Tiabat ölkələrimiz arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində ölkəmizdə keçirələcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına dəvət edildiyi üçün təşəkkürünü ifadə edib. Ölkəmizin hüquq-mühafizə orqanlarının, xüsusilə də Baş Prokurorluğun müsbət təcrübəsinin öyrənilməsi üçün qurumlararası işbirliyinin vacibliyi qeyd edilib.


Tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR - İsrail hökuməti ciddi narahatlıq keçirir
İsrail atəşkəsə hazırdır… – Netanyahu
İvana Jivkoviç Ermənistana gəldi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü