Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106964
az

Prezident Qanun İMZALADI

13:5024 Aprel, 2024
76
  • A

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.


Oxu24.com xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:


Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13) 231-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:


1. Adına və 231.4-cü maddəyə “məhdudlaşdırılması” sözündən sonra “, borclunun əmlakı üzərinə həbs qoyulması” sözləri əlavə edilsin.


2. 231.3-cü maddə üzrə:


2.1. birinci cümlədə “məsələləri, habelə” sözləri vergül işarəsi ilə əvəz edilsin və həmin cümləyə “məhdudlaşdırılması” sözündən sonra “, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” sözləri əlavə edilsin;


2.2. üçüncü cümlədə “məsələsinə” sözü “, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə” sözləri ilə əvəz edilsin;


2.3. dördüncü cümlədən “habelə” sözü çıxarılsın və həmin cümləyə “məhdudlaşdırılması” sözündən sonra “, borclunun əmlakı üzərinə həbs qoyulması” sözləri əlavə edilsin.


3. Aşağıdakı məzmunda 231.3-1-ci maddə əlavə edilsin:


“231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Prezident dəyişikliyi təsdiqlədi
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb
Lavrov dünyanın bütün problemlərinin səbəbini AÇIQLADI

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub