Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106949
az

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

11:5024 Aprel, 2024
77
  • A

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

 

Oxu24.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

 

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

 

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

***11:18

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

 

Oxu24.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Prezident dəyişikliyi təsdiqlədi
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb
Lavrov dünyanın bütün problemlərinin səbəbini AÇIQLADI

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub