Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106526
az

“Əks halda klassik tədbirlərə ehtiyac yaranacaq”

12:4419 Aprel, 2024
61
SİYASƏT
  • A

“Ümumiyyətlə, müzakirələr göstərir ki, auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var”. 


Oxu24.com xəbər verir ki, bu fikirləri deputat Tahir Mirkişili parlamentin plenar iclasında deyib. 


“Nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq. 


Hesabatda 2023-ci ildə aparılan 31 uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə 27-də dövlət satınalmaları qaydalarının pozulması, hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevirib” , - deyə deputat vurğulayıb. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan: Mümkün qədər tez...
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ