Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105439
az

Türkiyədən Azərbaycanla bağlı Ermənistana  ÇAĞIRIŞ

14:4304 Aprel, 2024
206
SİYASƏT
  • A

Türkiyə Ermənistanı işğalından azad edilmiş ərazilərdəki mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təhvil verməyə çağırıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

 

Bildirilib ki, BMT Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini mina təhlükəsinə cəlb etmək üçün aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” elan edib:

“Ankara uzun müddət minalarla çirklənmə ilə bağlı ciddi təhlükələrlə üzləşmiş Əfqanıstanın, eləcə də işğaldan azad edilmiş ərazilərində hələ də dəqiq yeri bilinməyən çoxlu minaların olduğu Azərbaycanın narahatlığını bölüşür. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini verməyə çağırırıq”.

 

O da vurğulanıb ki, Türkiyə mina təhlükəsi ilə mübarizə aparan ölkələrə dəstəyini bundan sonra da davam etdirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”