Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105426
az

İlham Əliyev mühüm sənədlərə İMZA ATDI

13:1804 Aprel, 2024
345
SİYASƏT
  • A

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

 

Oxu24.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzalayıblar.

 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzalayıblar.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir - Rumen Radev

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ