Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105421
az

Azərbaycan və Konqo liderlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

13:0804 Aprel, 2024
144
SİYASƏT
  • A

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq.

 

Oxu24.com   xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü zamanı deyib.

 

Dövlət başçısı bildirib ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikirləri üst-üstə düşür: "Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm".

 

"Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır. Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək", - Prezident qeyd edib.

 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ