Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104144
az

Tokayev: Azərbaycanın MDB-də Türk dövlətləri arasında ilk dəfə COP29-a ev sahibliyi hüququ qazanmasını alqışlayırıq

11:4210 Mart, 2024
267
SİYASƏT
  • A

Biz Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq.

Oxu24.com xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"Hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim dəyişikliyidir. Mərkəzi Asiya bu problemlə mübarizədə ön sıralarda yer alır. Hətta 2050-ci ilə qədər qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatsaq belə, - hansı ki, getdikcə daha çətin görünür, - biz Mərkəzi Asiyada 2 - 2,5 dərəcə temperatur artımı ilə üzləşəcəyik. Biz su ehtiyatlarının tükənməsi prosesindən narahatıq. Mərkəzi Asiyada quraqlıq və daşqınlar geniş miqyasda ziyan vuracaq və kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 30 faiz azalacaq. İqlim dəyişikliyinin yaratdığı risklərin nəticəsində 2050-ci ilə qədər təxminən 5 milyon daxili miqrant olacaq. Bu amillər birbaşa və ya dolayısı yolla dövlətlərimizin davamlı inkişafına ciddi təhlükə yaradır. Sizin də düzgün qeyd etdiyiniz kimi, regional prosesi gücləndirmək və birgə səyləri sürətləndirmək məqsədilə artıq 2026-cı ildə Qazaxıstanda BMT çərçivəsində Mərkəzi Asiya Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə ölkəmiz çıxış edib və biz Azərbaycanı əsas qonaqlar qismində görməkdən şad olarıq. İnanıram ki, bu təşəbbüs səmərəli iqlim siyasətinin irəliləməsinə kömək edəcək və Mərkəzi Asiya ölkələrində davamlı enerjiyə keçidi sürətləndirən investisiyaların cəlb edilməsini asanlaşdıracaq. Sammit regionda karbon tullantılarının azaldılması üçün birgə strategiyaların qəbuluna imkan verəcək.

Ölkəmiz MDB məkanında ilk ölkələrdən biri kimi iri enerji, neft-qaz, sənaye, kimya və dağ-mədən sənayesi müəssisələrini özündə birləşdirən istixana qazı emissiyaları üçün limit və ticarət sistemini işə salıb. Biz Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq", - Tokayev vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO