Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102603
az

Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı “F-16”ları havaya qaldırıb

17:3410 Fevral, 2024
247
SİYASƏT
  • A

Rumıniya Silahlı Qüvvələri Rusiyanın Ukraynanın Odessa bölgəsində həyata keçirdiyi irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq “F-16” qırıcılarını qaldırıb.

Ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi Odessa ilə həmsərhəd Tulça və Qalati əyalətlərində hava həyəcan siqnalı verib.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sakinlər təxminən səhər saat 03:00-a qədər hava bildirişləri alıblar və ikinci həyəcan siqnalı səhər saat 05:00-də verilib və 06:20-yə qədər davam edib. Bundan əlavə, “Fetesti” hərbi aviabazasından “F-16” hərbi təyyarələri “milli hava məkanında axtarış missiyalarını yerinə yetirmək üçün” qaldırılıb.

Müdafiə Nazirliyi bildirib ki, həyəcan siqnalları zamanı Rumıniyanın hava məkanının pozulması halları qeydə alınmasa da, Rusiya Federasiyasının Ukraynanın Dunay limanlarında mülki infrastruktura hücumlarını pisləyir və bu hücumları əsassız və beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edir.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 31 pilotsuz təyyarə ilə hücuma keçdiyini, onlardan 23-nün vurulduğunu bildirib. Odessa və İzmaildə mülki infrastruktura ziyan dəyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan: Mümkün qədər tez...
Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ:
Ukrayna yaxın bir neçə ildə NATO-ya qəbul edilməyəcək - Baydenin xüsusi köməkçisi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi