Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102518
az

Fələstin Prezidenti İlham Əliyevi təbrik etdi

14:3409 Fevral, 2024
199
SİYASƏT
  • A
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib. Oxu24.com xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident. Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram. Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR