Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102363
az

SON DƏQİQƏ! ABŞ təşkilatı Exit-poll-un nəticəsin açıqladı

19:3307 Fevral, 2024
426
  • A

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Oxu24.com  xəbər verir ki, nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Zahid Oruc 1.8, Fazil Mustafa 1.5, Qüdrət Həsənquliyev 1.2, Razi Nurullayev 0.9, Elşad Musayev 0.4, Fuad Əliyev 0.3 faiz səs yığıb.

ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri demokratiyanın qələbəsidir: "Qarabağda qələbə İlham Əliyevə inanılmaz dəstək göstərib. Qarabağla yanaşı, Azərbaycanın digər ərazilərindəki vətəndaşları da ona inamını ifadə edib. 2024-cü ilin nəticələri bu mənada təəccüb doğurmur”.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Miri 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Zakir Həsənova yeni müavin TƏYİN ETDİ
Prezident qəbul keçirdi - FOTOLAR
Yan Borq Azərbaycana gələcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi