Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102312
az

Prezident seçkilərini QHT-lərdən rekord sayda müşahidəçi izləyir

10:4607 Fevral, 2024
132
  • A

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyir.

Oxu24.com  xəbər verir ki, prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edir. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bir sıra QHT-lər koalisiyalarda birləşərək seçkiləri monitorinq edir.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası, “Sivil Toplum” Monitorinq Koalisiyası, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası” bu qəbildəndir.

Bu 3 koalisiyada birləşən 9 QHT ümumilikdə, 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb.

Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və onlarla digər QHT respublika üzrə seçki müşahidəçiliyi aparır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident məşhurlarla bağlı sərəncam İMZALADI  -  ADLAR
SON DƏQİQƏ! Prezident sərəncam imzaladı
Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb