Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101570
az

Baş nazir yeni qərar imzaladı

19:5423 Yanvar, 2024
363
SİYASƏT
  • A

“Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”ndə dəyişiklik edilib.

 

Oxu24.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Sənədə əsasən, “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri” aşağıdakı kimidir:

 

Ekologiya, müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, müdafiə sənayesi, yanğından mühafizə və mülki müdafiə təyinatlı, dövlət və səfərbərlik ehtiyatları saxlanılan əsas fondlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və dövlətə məxsus hüquqi şəxslərin balansında olan binalar, o cümlədən onların struktur komponentləri və digər daşınmaz əmlaklar (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

Qurğular və onların struktur komponentləri:

körpülər, tunellər, bütün növ limanlar, o cümlədən aerodromlar, uçuş-enmə zolaqları və dönmə dairələri (dəyərindən asılı olmayaraq);

xüsusi radio-televiziya qüllələri, rabitə qurğuları və peyklər (dəyərindən asılı olmayaraq); 2.3. avtomobil yolları və dəmir yolları (ilkin dəyəri 500 min manatdan yuxarı olan);

digər qurğular (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

Elektrik, metropoliten və dəmiryol stansiyaları (dəyərindən asılı olmayaraq).

Ötürücü qurğular və onların struktur komponentləri - metal və dəmir-beton dayaqlar üzərində qurulmuş gərginliyi 220 kvt-dan yuxarı olan elektrikötürücü naqillər, qaz, su və kanalizasiya kəmərləri, neft və neft məhsulları üçün kəmərlər (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

Maşın və avadanlıqlar (ilkin dəyəri 500 min manatdan yuxarı olan).

Bütün növ nəqliyyat vasitələri (ilkin dəyəri 1,0 mln. manatdan yuxarı olan).

Tərkibində qiymətli metalların dəyəri 50 min manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi
Bayramov Fidanla nələri müzakirə etdi? - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb