Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101137
az

Nizam dağılıb: Rusiya da TŞ-nin qadağasını pozdu

10:1017 Yanvar, 2024
223
SİYASƏT
  • A

Rusiyanın Şimali Koreyanın istehsal etdiyi mərmi və raketlərdən istifadəyə başladığı ekspertlər tərəfindən ümumən qəbul edilir. Baxmayaraq ki, bu, heç kim tərəfindən sənədləşdirilməyib.

OXU24.COM xəbər verir ki, bu sözləri axar.az-a tanınmış rusiyalı politoloq Sergey Markov BMT TŞ-nin sanksiyalarına rəğmən Rusiyanın Şimali Koreyadan silah alması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Məlumatı təsdiq edən hər hansı faktın ortada olmadığını deyən politoloq bildirib ki, bu cür informasiyanın yayılmasının başqa məqsədləri də ola bilər:

"Ola bilsin ki, bu, Vaşinqon və onun müttəfiqlərinin ABŞ-dan 60 milyard dollar, AB-dən isə 50 milyard avro yardım ayırmasını təsdiqləmək üçün Konqresə və Avropa Komissiyasına siyasi təzyiq məqsədi daşıyan informasiya hücumudur. Amma mümkündür ki, bu raket və mərmilər artıq alınıb. Rusiyada çoxları hökuməti Şimali Koreyaya qarşı sanksiyalardan hələ də çıxmamasına görə tənqid edir. Bu sanksiyalar Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramlarının inkişafını dayandırmaq məqsədi daşıyırdı. Amma nəticə vermədi. Şimali Koreyanın raketləri və nüvə silahı var. Rusiya isə indi Şimali Koreyanın ABŞ ərazisini vura bilən nüvə silahına malik raketlərə sahib olmasından faydalana bilər. Bu, ABŞ-ın əhəmiyyətli qüvvələrini Ukraynada Rusiyaya qarşı müharibədən yayındırır.

Rusiyanın Şimali Koreyadan silah almağa real ehtiyacı var. Məsələ burasındadır ki, Ukraynadakı müharibədə sursat, ilk növbədə, artilleriya mərmiləri və raketlərin istehlakı gözləniləndən onlarla dəfə çoxdur. Buna görə də çoxlu mərmi və raketə, PUA-ya ehtiyac var. Rusiya zavodlar açıb, İrandan dronlar, Şimali Koreyadan bir milyon mərmi və görünür, ballistik raketlər də alıb".

Markov Pxenyan üçün də Moskva ilə hərbi əməkdaşlığın gərəkliliyini vurğulayıb:
Ətraflı

"Şimali Koreya üçün Rusiyaya raket və mərmi satmaq sərfəlidir. Beləliklə, o, raketləri müharibə şəraitində sınaqdan keçirə və təkmilləşdirə bilər. Şimali Koreya orbitə, əsasən, kəşfiyyat, hərbi qruplaşmalar üçün rabitə peyklərinin buraxılması sistemini inkişaf etdirməlidir. Rusiya nəzəri baxımdan bu məsələdə ona kömək edə bilər".

O, Moskvanın BMT-nin Pxenyanla hərbi sahədə əməkdaşlığı qadağan edən embarqosunu pozmaqda ittiham edilməsinə də münasibət bildirib:

"BMT Təhlükəsizlik Şurasının Şimali Koreyadan silah alınmasını qadağan edən qətnaməsinə gəlincə, Rusiya hazırda TŞ-nin qərarlarına kifayət qədər laqeyd yanaşır. Rusiya hesab edir ki, ABŞ və AB çoxlu sayda qətnaməni və BMT Təhlükəsizlik Şurasının prinsipini pozur. Misal üçün, ABŞ və Avropa Birliyi Suriyada kimyəvi silahdan istifadə ilə bağlı Rusiya, İran və Suriyanın təqdim etdiyi məlumatları nəzərdən keçirməkdən imtina etdi. Sonra Zaporojye AES-də BMT-nin nüvə terrorizmini pisləmə ehtimalının qarşısını aldılar, "Şimal axını"nın partladılmasının, Darya Duginanın qətli ilə Rusiya ərazisində terror aktları kimi Ukrayna dövlət terrorizmi siyasətinin pislənməsinə mane oldular.

Və buna görə də qətnamənin pozulmasının Rusiya üçün heç bir nəticəsi olmayacaq. Rusiya bu addımı regionda təhlükəsizlikdə maraqları olan Yaponiya və Cənubi Koreyanın Rusiyaya qarşı sanksiya müharibəsinə qoşulmasından sonra atıb.

İndi dünya başa düşür ki, Vaşinqtonun və Brüsselin günahı ucbatından beynəlxalq münasibətlər və təhlükəsizlik sistemi hamının gözü qarşısında dağılır. ABŞ və Avropa Birliyi öz hegemonluğunu təsdiqləməyə çalışır. Beynəlxalq nizam dağılır və belə şəraitdə hər kəs istədiyini edir. Bu, təəssüf ki, obyektiv reallıqdır

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü