Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100039
az

Prezident fərman imzaladı

14:5729 Dekabr, 2023
627
SİYASƏT
  • A

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib.

 

Oxu24.com -un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi haqqında Fərman imzalayıb.

 

 

Fərmanla Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə yaradılan İşçi Qrupunun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini daxil edilib.

 

Bundan əlavə, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini” sözləri "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”