“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
04 Aprel 2025, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2223
27.05.2022, 15:09
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Oxu24.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: "Dövlətə dəyən maddi ziyanı ailəmə məxsus əmlaklarla ödəməyə hazıram".
Daha sonra dövlət ittihamçısı V.Hacıyevə suallar verib. O deyib ki, təqsirləndirilən şəxsə məxsus mənzilə və xidməti otağına baxış zamanı 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi (ümumilikdə 6 298 834 manat) vəsait müsadirə edilib.
V.Hacıyev isə söyləyib ki, həmin vəsaitlərin hamısı həyat yoldaşının babasından miras qalmış pullar idi.
Həmçinin oxuyun
Daha sonra sabiq icra başçı qanunsuz silah saxlamada ittiham olunduğu epizod üzrə də danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədlə silah mağazasından alıb.
V.Hacıyev dövlət ittihamçısının digər epizodlar üzrə verdiyi suallara cavab verməkdən imtina edib.
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
22:10 / 15 Aprel 2025
Yaponiyada yaponların sayı azaldı
1
21:33 / 15 Aprel 2025
ŞOK! Tələbə güllə yarasından ölübmüş — FOTO
362
20:36 / 15 Aprel 2025
Netanyahu Qəzzaya gedir
33
20:34 / 15 Aprel 2025
Amerikalılar Suriyanı tərk edirlər
29
20:24 / 15 Aprel 2025
Ən xoşbəxt və bədbəxt ölkələr açıqlandı — SİYAHI
42
20:17 / 15 Aprel 2025
Ucarda xəstə norkozdan sonra komaya düşüb
50
19:49 / 15 Aprel 2025
Fransa və Ermənistan narkotik ticarətində hansı rola malikdir?
94
19:45 / 15 Aprel 2025
Mehriban Əliyeva körpələr evində — FOTOLAR
60
19:42 / 15 Aprel 2025
Tramp Harvardın cəzalandırılmasını təklif edir
49
19:39 / 15 Aprel 2025
HƏMAS ABŞ vətəndaşı olan qrupla əlaqəni kəsir
41
19:31 / 15 Aprel 2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
54
19:22 / 15 Aprel 2025
Tələbə vəfat etdi
294
18:52 / 15 Aprel 2025
XTQ-nin ən gənc kəşfiyyatçısı kimi tarixə düşən 18 yaşlı şəhid — Bu gün onun doğum günüdür
369
18:49 / 15 Aprel 2025
Zelenski NATO-nun baş katibi ilə danışıqlardan danışıb
54
18:45 / 15 Aprel 2025
Polşada 20-dən çox ibtidai sinif şagirdi huşunu itirib
50
18:37 / 15 Aprel 2025
Avropa Parlamenti Fransanın xarici işlər nazirini istefaya çağırıb
54
18:35 / 15 Aprel 2025
Küləklə bağlı xəbərdarlıq
65
18:27 / 15 Aprel 2025
Dənizdən meyit tapıldı
68
18:20 / 15 Aprel 2025
Macar nazirdən Ukrayna açıqlaması
50
18:15 / 15 Aprel 2025
NATO-nun baş katibi Odessaya səfər edib
56
17:58 / 15 Aprel 2025
SON DƏQİQƏ! Prezident onu vəzifədən azad etdi — Yeni təyinat
1668
17:50 / 15 Aprel 2025
"Uçan taksi"nin sürücüsü xəstəxanadan qovuldu — ŞOK SƏBƏB
812
17:41 / 15 Aprel 2025
Avropanın Ukrayna planı iflasa uğradı
64
17:07 / 15 Aprel 2025
Rusiyanın nə qədər gücü qalıb? — Pul tükənir...
320
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.