Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62024
az

"Xəzər Xəbər"in aparıcısı işdən çıxarıldı – “Haqsız addımla bağlı sonadək gedəcəyəm”

22:0902 Dekabr, 2021
3339
ŞİKAYƏTLƏR
  • A

"Xəzər" televiziyasının əməkdaşı və "Xəzər Xəbər"in aparıcısı Nigar Mirzəyeva işindən ayrılıb. Aparıcı qanunsuz olaraq işdən çıxarıldığını iddia edir. 

Oxu24.com  xəbər verir ki, aparıcı  hansı səbəblə işdən kənarlaşdırıldığını bilmir:

“Hələ gedib əmri götürməliyəm. İşdən çıxarılmağım üçün tutarlı səbəb yoxdur. Sadəcə olaraq mənə xəbər verildi ki, Murad müəllim məni işdən çıxarıb. Ümumi 15 il iş təcrübəm var. Xəzər televiziyasında isə 6 ildir ki, çalışıram. Təbii ki, arada anlaşılmazlıqlar olub. Amma rəhbərlikdən bu anlaşılmazlığa görə işdən azad olunmağımı demirlər”.

İki aydır xəbərdən və efirdən uzaqlaşdırıldığını deyən aparıcı ona göstərilən bu münasibətin də səbəbsiz olduğunu bildirib:

“Sadəcə işdə adım gedib. Bilirsiniz ki, kifayət qədər sevilən və tanınan aparıcıyam. Məni xəbərdən kənarlaşdırmaq üçün ciddi bir səbəb olmalı idi. Bu səbəb isə ortada yoxdur. İki aydır mənə yeni layihələri gözləmək vədi verilirdi və “Səhər ”verilişində olmalıydım. Sonra “Səhər” verilişində başqa aparıcı oldu. Yenidən həmin verilişə qaytarılacağımı dedilər. Bir sözlə, onlardan cavab gözləyirdim ki, işdən çıxarıldım”. 

Aparıcı ona edilən haqsız addımla bağlı sonadək gedəcəyini deyib:

“Düşünürəm ki, bu, mənə qarşı haqsız mövqedir. Sonuna kimi hüququmu müdafiə edəcəyəm. Düzdür, bu söhbətdən sonra "Xəzər" televiziyasında qalmağı belə düşünmürəm. Sadəcə olaraq, mənim kimi aparıcıya belə bir addımın atılmasını qəbul etməyəcəyəm. Mənə elə gəlir ki, bu, ədalətsizlikdir və mütləq buna qarşı tədbir görülməlidir”.

Adının açıqlanmasını istəməyən "Xəzər" televiziyası rəsmisinin sözlərinə görə isə hər şey qanun çərçivəsində baş verib və aparıcının əmək müqaviləsinə dekabrın 1-dən xitam verilib (Bizim.Media).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 
Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI
ANS-də işləmiş şəxslər illər sonra şoka düşdü - Nə baş verib?

Çiyələk bu xəstəliyin qarşısını alır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı