Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33321
az

Azərbaycanda icra başçısının arvadının “Azəriqaz”a 80 min manat borcu var - RƏSMİ

17:3817 İyun, 2020
2149
ŞİKAYƏTLƏR
  • A

Sosial şəbəkələrdə Ağstafa rayonuna yeni təyin olunan icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevanın “Azəriqaz” İstehsalat Birliyinə 115 min manat borcu olduğu barədə məlumat yayılıb. İddia edilir ki, borc icra başçısının ailəsinin biznes fəaliyyəti ilə əlaqədardır.

Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumla istixana istifadəçisi, fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızı arasında 5 noyabr 2019-cu ildə debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 490 manat təşkil edib:

“Protokola əsasən, qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 000 manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 000 manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb. Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən ümumi borc artaraq, 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb”.

“Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən, məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən proses baxılmamış saxlanılıb. İddianın qaldırıldığı, eləcə də, pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq, 79 816,20 manat təşkil edib.

Onu da əlavə edək ki, “Azəriqaz” İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır.

Fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızının borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan istifadə böyük həcmli olsa da, aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb”, - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 
Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI
ANS-də işləmiş şəxslər illər sonra şoka düşdü - Nə baş verib?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər